Tənha ana talassemiyalı körpəsinin əməliyyatı üçün yardım istəyir - MÜRACİƏT

Tənha ana talassemiyalı körpəsinin əməliyyatı üçün yardım istəyir - MÜRACİƏTQəbələ rayonu Vəndam qəsəbə sakini Əsmər Famil qızı Mahmudova 3 yaşlı oğlu Yusifin ağır xəstəliyi ilə bağlı xeyirxah insanlardan yardım istəyir.

KONKRET.az-a müraciət edən 27 yaşlı gənc ana övladı haqqında ətraflı məlumat verərək bildirir ki, Yusif Vüqar oğlu Mahmudov 2021-ci ilin noyabrın 1-də dünyaya gəlib. Bir müddətdən sonra səhhətində yaranan problemlər (qarın şişkinliyi, dalağın böyüməsi, dəridə göyərmələr və ən əsası qanın parçalanması) nəticəsində vəziyyəti kəskin pisləşib. Ona görə də tibbi sığortanın göndərişi əsasında uşağı Qəbələdən Bakıya – Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə aparmalı olublar. Müxtəlif analizlərdən sonra məlum olub ki, Yusif talassemiyanın böyük beta formasını daşıyır. Ananın sözlərinə görə, 2023-cü ilin fevral ayında xəstəxanada uşağa ayda iki dəfə qan vurulması məsləhət görülüb və bunun üçün hər ay həkim müayinələri və qan köçürülməsi üçün mərkəzə üz tutublar.

Ə.Mahmudova bildirir ki, həmin dönəmlərdə evdə onkoloji xəstəlikdən əziyyət çəkən qayınanası olduğu üçün bütün vəsaitlərini onun müalicəsinə xərcləyiblər. Nəticədə imkansızlıqdan Yusifin müalicəsini vaxtlı-vaxtında aparmaq mümkün olmayıb və uşağın vəziyyəti günü-gündən daha da pisləşirib.

Ana deyir ki, ikinci övladı olacağı təqdirdə ilik tapmaq asan olsa da, yoldaşı buna razılıq verməyib: "Həkimlər süni yolla uşaq dünyaya gətirə biləcəyimi məsləhət görsələr də, imkansızlıq və başqa səbəblərdən bu da mümkün olmadı, üstəlik, həyat yoldaşımla da ayrıldıq. Hazırda mən və oğlum atamın himayəsində yaşayırıq", – deyən Ə.Mahmudova övladının gözü qarşısında acı çəkməsinə dözə bilmədiyini dilə gətirir: "Hər dəfə xəstəxanada uşağın damar yolu açılanda vəziyyəti pisləşir, damarlar partlayır, qan parçalanır, qan vurulduqca orqanizmdə dəmir çoxalır və bir az da yüklənir. Son zamanlarda artıq iştahadan da kəsilib".

Ə.Mahmudova övladının müalicəsinin ancaq ölkədən kənarda mümkün olduğunu deyir və tənha ana kimi xeyirxah insanlardan kömək istəyir: "Həkimlərin rəyinə görə, ilik köçürülməsi əməliyyatına ehtiyac var. Artıq donor axtarışı üçün müraciət də etmişəm və bizə məlumat verilib ki, donor tapılıb. Lakin bu, külli miqdarda maddi vəsait tələb edən bir əməliyyatdır və mənim imkanım olmadığı üçün övladım gözümün qabağında əriyib gedir".

Əsmər xanım məsələ ilə bağlı bəzi xeyriyyə fondlarına müraciət etdiyini desə də, Yusifin təcili əməliyyata ehtiyacı olduğunu nəzərə alaraq saytımız vasitəsilə xeyirxah insanlardan yardımlarını əsirgəməməyi xahiş edir: "Mərhəmətli və yardımsevər xalqımızdan oğlumun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında əl uzatmalarını xahiş edirəm. Mən oğlunu tək-tənha böyüdən gənc bir anayam. Bütün analar kimi övladımı gələcəyin əsgəri, Vətənə, xalqa və dövlətə layiqli və yararlı bir şəxsiyyət kimi görmək istəyirəm. Övladımın gələcəyi naminə hər kəsdən kömək umuram və əvvəlcədən dərin təşəkkürümü bildirirəm".

Balaca Yusifə dəstək məqsədilə Əsmər Mahmudovanın əlaqə nömrələrini təqdim edirik: Tel: 051-350-45-87, 050-464-28-78


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 792   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr