İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları -FOTOREPARTAJ

İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları -FOTOREPARTAJAzərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi- Ərzurum və TANAP-dan sonra) layihəsidir. Bu layihə, Naxçıvan Muxtar Respublikasının qaz təminatını sabit və etibarlı bir mənbədən qarşılayaraq onun enerji təhlükəsizliyini təmin edəcək. Hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, lakin İğdır-Naxçıvan xəttinin inşası ilə bu asılılıq aradan qalxacaq.

Layihə həm Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək. Ən önəmlisi isə Azərbaycanın Naxçıvana nəql ediləcək qazın keyfiyyətinə nəzarət edə bilməsidir.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25- də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü

730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək.

2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır- Naxçıvan Qaz Boru Xəttinin təməli qoyuldu. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirir.

Qaz boru xəttinin Türkiyə hissəsindəki son stansiyası olan Dilucu stansiyasında işlər artıq son mərhələdədir. Hazır olduqdan sonra başlanğıc nöqtədən çıxan qaz, 80 km- dən artıq məsafə qət edərək bu stansiyaya çatdırılacaq və oradan Naxçıvana nəql ediləcək.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası "Revers" tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

SOCAR-ın vitse-prezidentinin müavini, SOCAR Midstream Operations" MMC-nin Qaz Əməliyyatlarının rəhbəri Polad Rüstəmov layihənin noyabrın sonuna tamamlanacağını və əməliyyatların həmin tarixdən etibarən başlanacağını bildirib: "Kəmərin gündəlik ötürücülük gücü 2 milyon kubmetr nəzərdə tutulub ki, bu da illik təxminən 730 milyon kubmetrə bərabərdir. Layihəyə edilə biləcək kiçik modifikasiyalarla bu həcmi gündəlik 5 milyon kubmetrə, yəni illik 1,8 milyard kubmetrə qədər artırmaq mümkündür".
İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları -FOTOREPARTAJ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 747   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr