Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.

"Qafqazinfo" xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.

Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır?

Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır:

Yeni il bayramı (Yanvarın 1 və 2-si);

Beynəlxalq Qadınlar Günü (Martın 8-i);

Faşizm üzərində Qələbə günü (Mayın 9-u);

Müstəqillik Günü (Mayın 28-i);

Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı);

Zəfər Günü (noyabrın 8-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u);

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

Novruz bayramı - 5 gün;

Qurban bayramı - 2 gün;

Ramazan bayramı - 2 gün.

Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsi üzrə 151 iş saatı var. Bu da o deməkdir ki, vəzifə maaşı 1000 olan işçinin həmin ay üzrə 1 saatlıq əməkhaqqı məbləği 6 manat 60 qəpikdir, 1 günlük maaşı isə 52 manat 80 qəpikdir. Bayram günlərində işləməyə görə isə bu məbləğlər 2-yə vurulmaqla hesablanıb əmək haqqına əlavə edilir.

Həmçinin aylıq maaş alan işçilərə bayram gününə görə əlavə ödəniş, iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla verilməlidir. Əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, işçiyə maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əlavə əməkhaqqı ödənilir.

Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bayram günləri işə çıxmasına, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda razılıq verilir.

Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi isə ümumiyyətlə qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 986   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

8 avqust - Qafqazın tarixinin dəyişdirən gün

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanması Prezident İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsidir. Cənubi Qafqaz böyük sürətlə yeni regional dəyişikliklər mərhələsi üzrə irəliləyir. Bu regional dəyişiklikləri

10 avqust
.

Regionda hava soyuyur: yağış, külək, dolu başlayır - TARİX AÇIQLANDI

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır. Bunda

9 avqust
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

9 avqust
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10 avqust
.

"Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır" - Bəhruz Quliyev

"Media və Yayım Şurasının yaradılması Azərbaycan media məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki burada söhbət yalnız iki qurumun - Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bir strukturda birləşdirilməsindən getmir. Əsas məsələ media və yayım sahəsində dövlə

10 avqust
.

Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. xəbər verir ki, bununla bağlı AZAL məluma

10 avqust
.

Sabah çox güclü leysan yağacaq - hava PROQNOZU

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləy

10 avqust
.

Universitet müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli

10 avqust
.

İcra başçısının sürücüsü qəzada öldü (FOTO)

Zaqatalada ağır yol qəzası baş verib. -a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Opel" və "VAZ 2199" markalı avtomobillər toqquşub. Nəticədə, "VAZ"ın sürücüsü Laçın Hacıyev hadisə yerind

10 avqust