"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Cəmiyyətdə boşanmalar, zorakılıqlar, xəyanətlər, qətllər günü-gündən artmaqda davam edir. Bu zaman insanların çoxu problemin həlli üçün çalışmaqdansa hadisələrdə "günahkar" axtarmağı üstün tutur. İrəli müxtəlif fikirlər sürülür: kimisi günahı sosial şəbəkələrdə görür, kimisi dost çevrəsində, kimisi isə ailədə. Hətta izlədiyimiz film və serialları belə "ittiham" edənlər az deyil.
Bəs görəsən bu fikirlər nə dərəcədə doğrudur? Hətta izlədiyimiz film və seriallar belə həyatımıza yön verə bilərmi?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Sonxeber.az – a danışıb:
"Seriala ən çox evdar 35-55 yaş arası evdar xanımlar baxır. Yəni insan boş vaxtı olanda seriala baxır. İşləyən xanımların isə buna vaxtı olmur. Seriallarda insanlar dəbdəbəli həyatı görür fikirləşir ki, "Mənim də belə dəbdəbəli həyatım olmalıdır". Amma bəzən həmin dəbdəbəli həyat axtarışı bəzilərini əxlaqsızlığa sürükləyir. Ona görə də dəbdəbəli, bahalı həyat arzusu ilə səhv yollara gedib həyatımızı məhv etməməliyik.
Duyğuları natamam qalan insan seriala baxır və ordaki insanların yerinə özünü qoyur. Özünü bir obraz kimi orda təsəvvür edir. Ordakı qəhrəmanların elədiklərini real həyatda eləmək istəyir. Bunun da sonu yaxşı nəticələnmir.
Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar:
Xəyanətlərin səbəbini seriallardan çox sosial şəbəkələrdə görürüəm. Bu gün bizdə sosial şəbəkələr ancaq tanışlıq məqsədi ilə istifadə edilir. İnsanlar bu platformaları yaxşı məqsədlərlə istifadə edə bilərlər. Amma bizim insanların tək məqsədi tanışlıqdır. Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar. Xəyanət bir seçimdir. Bəzən biz xəyanətə başqa adlar, donlar geyindiririk. Yəni bir insanı atıb başqasını seçirsən. Seçiminin yanında olmaq isə cəsarət tələb edir. Bəzən biz seçdiyimiz insanın yanında ola bilmirik. Çünki əlimizdə olanı da itirmək istəmirik.
Boşanan qadına "ərlik"edən kişilərin sayı artır:
Bizim mental dəyərlərimiz qadını sıxışdırır. Qadınlar boşanmaqdan da çəkinir. Çünki görürlər ki, boşananda basqıları daha da artır. Atası, qardaşı, bir sözlə, boşanan qadına "ərlik"edən kişilərin sayı artır. Qadın da belə bir həyat yaşamaq istəmədiyi üçün boşanmır.
Mən hər zaman deyirəm ki, bir insanla ailə quranda birinci baxmalısız ki, onunla həyata baxışınız eynidirmi, birlikdə əylənə bilirsizmi, istirahət edə bilirsizmi, pis günlərində də onunla olmağa davam edə bilərsizmi və.s. "Yaşım keçir" , "Evdə qalmışam" deyə fikirlərə qapılıb evlənmək olmaz. Kişilərdən bir psixoloq kimi soruşuram, niyə xəyanət etdiz? Qəribə bir cavab alıram: "Anamın dediyi qizla evlənmişdim deyə" Analar oğullarının işinə qarışmamalıdır. Əks halda ailələrdə problemlər yaranır, mübahisələr bəzən hətta cinayətlə belə nəticələnə bilir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə