Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili Todd Blanşı baş prokurorun müavini təyin edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" məlumat verib.
"Mən Todd Blanşın öz administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunluq duyuram", - deyə Tramp bildirib.
O, Blanşın peşəkarlığını vurğulayıb və onun vəzifəsində əla iş görəcəyinə əminliyini ifadə edib. Trampın sözlərinə görə, baş prokurorun yeni müavininin qarşısında çox uzun müddətdir pozulmuş ədalət sistemini bərpa etmək dayanır.
Qeyd edək ki, Todd Blanş Trampa qarşı məhkəmə prosesləri zamanı onun vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 922 Tarix: 16 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
5 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulAlimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
9 iyulMəşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz
5 iyulTramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyul