İlon Maskdan İDDİALI PROQNOZLAR: bəşəriyyəti dəyişəcək əsas TARİXLƏR
İlon Maskın fikrincə, yaxın illərdə dünya əhəmiyyətli dəyişikliklər yaşayacaq.
Amerikalı milyarder, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask bəşəriyyətin gələcəyi ilə bağlı bir sıra iddialı proqnozlar verib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, onun fikrincə, yaxın illərdə dünya texnologiyanın inkişafı və qlobal demoqrafik dəyişikliklərin yaratdığı əhəmiyyətli dəyişikliklərlə üzləşəcək.
Mask əsas tarixlərdən biri kimi 2029-cu ili qeyd edir. O, əmindir ki, məhz bu zaman süni intellekt insanlardan daha ağıllı olacaq və onun inkişafı hər il on dəfə sürətlənəcək.
Bununla belə, o xəbərdarlıq edir ki, bu cür irəliləyişlər ciddi risklər daşıyır: o, süni intellektin bəşəriyyət üçün təhlükəyə çevrilməsi ehtimalını 10-20 faiz qiymətləndirir.
Mask demoqrafik böhran məsələsini də gündəmə gətirir. Onun sözlərinə görə, xüsusilə Cənubi Koreya və Avropa ölkələrində nəzərə çarpan doğuşun azalması həyəcanverici siqnala çevrilir. O hesab edir ki, əhalinin azalması iqtisadiyyata və texnologiyanın inkişafına təsir göstərə bilər.
Kosmosun tədqiqinə gəldikdə, Mask optimistdir. O, iki il ərzində "SpaceX"in Qırmızı planetin müstəmləkəçiliyi istiqamətində ilk addımı ataraq Marsa pilotsuz kosmik gəmilər göndərə biləcəyini proqnozlaşdırır.
Bundan əlavə, Mask 2040-cı ilə qədər Yer kürəsində təxminən 10 milyard insanabənzər robotun yaşayacağını və gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəyini gözləyir.
Maskın fikrincə, gələcək günəş enerjisindən asılı olacaq. O, əmindir ki, bəşəriyyət ekoloji cəhətdən təmiz və davamlı dünya yaradaraq ondan səmərəli istifadə etməyi öyrənəcək. Onun baxışı texnoloji tərəqqi və ətraf mühitə qayğını özündə birləşdirir ki, bu da iş adamının fikrincə, bəşəriyyətin harmonik inkişafının açarıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1447 Tarix: 17 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabr2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr