Arktik nəhənglər: Rekord böyüklükdə unikal viruslar aşkarlandı
Rusiyalı mikrobioloqlar Arktikanın daimi donuşluğunda heyrətamiz kəşf ediblər. Şimal Buzlu okeanın adalarında adi viruslardan 30 dəfə böyük olan nəhəng viruslar tapılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nauka.rf" portalında təqdim edilən hesabatda məlumat verilib.
Alimlər Arktikanın daimi donuşluq ərazilərindən nümunələr götürüb və orada aşkar edilən virusların ölçülərini müəyyən ediblər. Nəticələr tədqiqatçıları heyrətləndirib: tapılan virusların uzunluğu 1500 nanometr təşkil edib. Müqayisə üçün, koronavirus "SARS-CoV-2"nin uzunluğu 50-200 nanometr arasındadır.
Arktikadan tapılan nəhəng viruslar təkcə ölçülərinə görə deyil, həm də genetik tərkibinə görə öz həmcinslərindən fərqlənir. Analiz göstərib ki, onların genomunda digər virus qruplarına xas olan genlər, demək olar ki, yoxdur. Bu, Arktik nəhənglərin unikal, əvvəllər məlum olmayan virus qrupu ola biləcəyini ehtimal etməyə imkan verir.
Alimlər hesab edirlər ki, daimi donuşluqdan tapılan nəhəng virusların gələcək tədqiqi biologiyada irəliləyişə səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 978 Tarix: 23 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrYunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa
25 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabr