13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti: Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyub
Rusiyanın Tolyatti şəhərində kiçik bacılarını öldürən 13 yaşlı Lizanın qəddar cinayətinin təfərrüatı məlum olub. Belə ki, onun qətldən əvvəl "Rusiya Cinayət Məcəlləsi"ni oxuduğu və məhkəməyə cəlb olunmayacağını bildiyi müəyyən edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "BAZA" "Telegram" kanalı xəbər yayıb.
Məlumata görə, Liza kitabı cinayətdən bir qədər əvvəl alıb. O bu barədə anasına danışıb. İstintaqçılar "Qətl" maddəsi olan səhifədə və cinayət məsuliyyətinə cəlb olunma yaşı bölməsində əlfəcin tapıblar. Görünür, qız bacılarını öldürdükdən sonra həbsə düşməyəcəyini bilib.
Həmçinin Liza cinayət günü bacılarını öldürməyin daha asan olması üçün spirtli içki içdiyini bildirib. Lakin qızın sözlərini yoxlamaq artıq mümkün deyil: saxlanıldıqdan sonra ondan analiz götürülməyib.
Mənbələrin məlumatına görə, məhkəmə qızı ixtisaslaşdırılmış müəssisəyə göndərib (əgər onu anlaqsız hesab etsəydilər, Liza psixiatriya klinikasına göndəriləcəkdi).
Lizanın doğma atası bu qərara etiraz etmək niyyətindədir: o, qızının onunla birlikdə yaşamasını istəyir.
Xatırladaq ki, oktyabrın əvvəlində mənzillərin birində iki uşağın - 2 və 5 yaşlı qızların cəsədləri aşkar edilib. Meyitlər balkonda olub. Tezliklə cinayətin 13 yaşlı ögey bacı tərəfindən törədildiyi müəyyən edilib. İlkin məlumata görə, o, anasının tez-tez dava elədiyi ögey atası ilə barışmasını istəmədiyi üçün balacaları bıçaqlayıb. Öldürülən qızlar ögey atanın birinci nikahından uşaqları olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi