ABŞ-də senator məşhur generalın rütbə almasına mane olub
ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasına rəhbərlik etməyə kömək edən general-leytenantın rütbəsinin yüksəldilməsi Oklahoma ştatından respublikaçı senator Markueyn Mallin tərəfindən dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə üç mənbəyə istinadən CBS News xəbər verir.
General-leytenant Kristofer Donahu general-polkovnik rütbəsi almalı və ABŞ Ordusunun Avropaya komandanlığına rəhbərlik etməli idi.
Bununla belə, Pentaqonun tövsiyəsinə baxmayaraq, onun adı bu həftə rütbəsinin yüksəldilməsi ilə bağlı Senatın Silahlı Qüvvələr Komitəsindən keçən siyahıda olmayıb.
Vəziyyətlə tanış olan iki mənbənin "CBS News"a verdiyi məlumata görə, bu addım generalın Əfqanıstandan qoşunların çıxarılmasında iştirak etdiyi üçün nəzərə alınıb. ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, ölkənin hazırkı rəhbərliyi qoşunların Əfqanıstandan xaotik şəkildə çıxarılmasına görə heç bir generalı cəzalandırmayıb.
Qeyd edək ki, ABŞ Ordusunun XVIII Hava Desant Korpusunun komandanı, general-leytenant Kristofer Donahu Almaniyanın Visbaden şəhərindəki bazada Ukrayna Silahlı Qüvvələrinin NATO təlimatçılarına rəhbərlik edib.
O, Şərqi Avropa, Yaxın Şərq, Cənub-Qərbi Asiya və Afrikada əməliyyatlar planlaşdırıb və bu əməliyyatlarda iştirak edib. Bunlara "Əbədi Azadlıq Əməliyyatı" (Əfqanıstan), "İraqın Azadlıq" əməliyyatı (İraq), "Yeni Şəfəq" əməliyyatı (İraq), "Azadlıq gözətçisi" əməliyyatı (Əfqanıstan) və "Qətiyyət" əməliyyatı (İraq və Suriya) daxildir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1248 Tarix: 24 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabr