Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır

Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırırRusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır, lakin digər tədarükçülər üçün bu qadağa daha bir ay müddətinə uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Benzinin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 31 yanvar 2025-ci ilədək uzadılıb. Məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək", - qərarda deyilir.

Bildirilir ki, qərar daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq, neft emalı iqtisadiyyatını dəstəkləmək, avtomobil benzininin "boz" ixracına qarşı mübarizə məqsədilə qəbul edilib.

Xatırladaq ki, bu il sentyabrın 1-dən Rusiyadan bütün növ benzinin ixracına qadağa qoyulub. İstisna hökumətlərarası sazişlər əsasında və yalnız 2022-ci ildə 1 milyon tondan çox neft emal etmiş istehsalçılar üçün Avrasiya İqtisadi Birliyi ölkələrinə tədarüklərə olub. Qadağanın müddəti dekabrın 31-də başa çatırdı, noyabrın əvvəlində Rusiya Baş nazirinin müavini Aleksandr Novak qadağanın vaxtından əvvəl ləğv edilməsi təklifinin olduğunu söyləmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 872   Tarix: 30 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma

5 iyul
.

Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul
.

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə

9 iyul
.

Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1

5 iyul
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

7 iyul
.

Hamıdan sonra o gəldi - Video

Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma

8 iyul
.

Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni

5 iyul
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

5 iyul