İsveçdə maraqlı qadağa – Valideyn uşağına istədiyi adı qoya bilməz
Avropanın gözəl şimal ölkəsi İsveç insanlara verdiyi azadlığı ilə tanınır. Lakin bu ölkədə maraqlı bir qadağa var. Körpəyə istədiyi adı qoymaq valideynlərin ixtiyarına buraxılmayıb.
Lent.az xəbər verir ki, ölkədə qüvvədə olan "Ad Qanunu"na əsasən, uşaqlara veriləcək adlarla bağlı müəyyən qaydalar var. Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.
1901-ci ildə nəşr olunan "Ad Qanunu" ilə başlayan bu tənzimləmə, zadəgan ailələrinin adlarını qorumaq və zadəgan olmayan ailələrin bu adlardan istifadə etməsinin qarşısını almaq məqsədi daşıyıb.
1982-ci ildə qüvvəyə minən "Ad Qanunu" ilə mövzu daha əhatəli hala gətirilib. Qanun uşaqlara verilən adların rəsmi orqanlar tərəfindən təsdiqlənməsini tələb edirdi. Adlar fərdlərə mənfi təsir göstərməməli və cəmiyyətdə məqbul olmalıdır.
Veriləcək ad uşağa narahatçılıq yaratmamalı, ümumi əxlaqa uyğun olmalıdır. Bundan başqa, məşhur soyadlar, tarixi şəxsiyyətlərin və zadəganların işlətdiyi adlardan istifadə etmək olmaz.
Başqa bir qayda ondan ibarətdir ki, boşanmış valideyn sonradan doğulan uşağa əvvəlki nikahdan olan adı verə bilməz. Allah adı dini səbəblərə görə qəbul edilmir. Metallica, Superman və Ford kimi adlar da qadağan olunsa da, Google adının verilməsinə icazə var.
Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1033 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrİraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl
25 sentyabrYunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa
25 sentyabr