Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə verib

Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə veribABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.

"Report" xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Qürurla Keşyap "Keş" Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və "Öncə Amerika" mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, "Russia, Russia, Russia Hoax"u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib", – respublikaçı qeyd edib.

"Russia, Russia, Russia Hoax" Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi "əcinnə ovu"nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.

Tramp FTB-nin yeni direktoru ilə "Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına" əminliyini ifadə edib.

44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel "Trampın maksimum sadiq tərəfdarı" hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən "oğurlandığına" əmindir. Trampın məğlubiyyətindən sonra Patel "Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən" məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.

Əvvəllər Patel Ağ evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun vəzifəsini müvəqqəti icra edənin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına başçılıq edib. "Associated Press"ə görə, Konqresin Senatı tərəfindən onun namizədliyi təsdiq edilərsə, Patel büronun işində radikal dəyişikliklər edəcək. Agentlik xatırladır ki, əvvəllər Patel FTB və ABŞ Ədliyyə Nazirliyində təmizləmələrin aparılmasını dəstəkləyib və büronun Vaşinqtondakı qərargahının bağlanmalı və orada "Dərin Dövlət muzeyi"nin təşkil edilməli olduğunu bəyan edib. ABŞ-də "dərin dövlət" dedikdə böyük təsirə malik olduğu düşünülən kölgə bürokratik strukturlar nəzərdə tutulur. "Dərin dövlət" anlayışı XX əsrdə Türkiyədə yaranıb və hərbi qüvvələr, xüsusi xidmət orqanları və bürokratiyanı əhatə edən, demokratik nəzarətdən kənar fəaliyyət göstərən gizli hakimiyyət strukturlarını təsvir etmək üçün istifadə olunub. Bu termin rəsmi qurumları kənarda qoyaraq siyasətə təsir göstərə bilən gizli şəbəkələri ifadə edir. ABŞ-də bu termin XXI əsrin əvvəllərində, xüsusilə Donald Trampın prezidentliyi dövründə siyasi diskursda populyarlaşıb.

Patel FTB direktoru vəzifəsində Kristofer Reyi əvəz edəcək. Rey bu vəzifəyə 2017-ci ildə Trampın ilk prezidentlik müddətində təyin edilmişdi. Büro rəhbərinin səlahiyyət müddəti 10 il təşkil edir, lakin "Associated Press"in qeyd etdiyi kimi, Reyin ehtimal olunan istefası gözlənilməz olmayacaq, çünki Tramp onun işindən çoxdan narazıdır. Respublikaçı dəfələrlə bəyan edib ki, xüsusi xidmət orqanı öz vəzifələrinin öhdəsindən gələ bilmir və onun rəhbərliyi araşdırmaları siyasiləşdirir. Noyabrda "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Rey "2025-ci ilin əvvəlindən sonrakı dövr üçün iş qrafikini tərtib edir və istefaya getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir".

Xatırladaq ki, daha əvvəl Britaniyanın "The Guardian" qəzeti Trampın ona "sadiq olanlara səxavətlə mükafat verəcəyini, düşmənlərindən isə amansız qisas alacağını gizlətmədiyini" yazmışdı. Belə ki, köşə yazarı Arva Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında "yanıldıqlarını" başa düşdükləri vəziyyəti qeyd edərək bunu "yaltaqlığın qızıl çağı" kimi təsvir etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1169   Tarix: 01 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək

Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu

25 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr