Telegram istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
"Telegram" messencerində istifadəçiləri süni intellekt dəstəyi və digər funksiyalarla bağlı yeniliklər gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat paylaşılıb.
Əsas yeniliklər bunlar olacaq:
Süni intellektlə stiker axtarışı
Yeniləmənin diqqətçəkən xüsusiyyəti süni intellektin dəstəyi ilə mürəkkəb sorğular əsasında stikerləri axtarmaq imkanıdır. İstifadəçilər "pişik qəhvə içir" kimi ifadələr daxil edərək, 40 mindən çox rəsmi "Telegram" stikerləri arasında uyğun nəticələri dərhal əldə edə biləcəklər. Bu funksiya bir çox dili dəstəkləyir. "Telegram Premium" istifadəçiləri isə emojiləri də süni intelleklə axtara bilərlər.
"Hekayələrdə" kollaj yaratma
İndi istifadəçilər hekayələr bölməsində altı foto və ya videonu birləşdirərək kollajlar hazırlaya bilərlər. Media faylları qalereyadan və ya kameradan əlavə etmək, maketi seçmək, fraqmentlərin yerlərini dəyişdirmək və ya silmək mümkündür. Bu, istifadəçilərə vizual olaraq daha kreativ məzmun yaratmaq imkanı verir.
Stars və partnyor proqramları
"Telegram" mini-tətbiqlər üçün partnyor proqramları elan edib. Bu proqramlar istifadəçilərə və kanallara virtual valyuta olan "Telegram Stars" qazanmaq imkanı verir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1107 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr