"30 il ərzində Ermənistanın Qarabağı işğal altında saxlaması böyük problemlərə səbəb olub" - AK Partinin sədr müavini
Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır, bunun yollarından biri də Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir.
Sonxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Zəfər Sırakaya Qərbi Azərbaycan İcmasının təşkil etdiyi "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" adlı II beynəlxalq konfrans çərçivəsində baş tutan "Beynəlxalq vəkillik və diplomatiyanın rolu" mövzusunda paneldə deyib.
O qeyd edib ki, burada uzun illərdir etinasız yanaşmanın qurbanı olmuş bir məsələ müzakirə edilir.
"30 il ərzində Ermənistanın Qarabağı işğal altında saxlaması böyük problemlərə səbəb olub. Bu təcavüzün qurbanları bir tərəfdən yurd-yuvalarından didərgin düşən insanlardırsa, digər tərəfdən də Azərbaycanın zəngin maddi-mədəni irsidir", - parlament üzvü bildirib.
Z.Sırakaya vurğulayıb ki, 30 il sonra Azərbaycan özü ədaləti bərqərar etmək məcburiyyətində qalıb və torpaqlarını işğaldan azad edib:
"Bu gün həmin ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanlı qardaş-bacılarımız bu gün artıq dədə-baba torpaqlarına qayıdırlar. Onlar irslərini qorumaq, həyatlarını evlərində davam etdirmək imkanı qazanıblar. Qafqazın mövcud potensialının tam istifadəsi üçün sabitliyin təmini mütləqdir. İnanıram ki, Cənubi Qafqaz rifaha çatacaq. Türkiyə bunun üçün sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 742 Tarix: 05 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" Qanun
26 martÖlkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA
Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v
26 martBakıda bu yollar iki gün bağlı olacaq
Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq. xəbər verir ki, bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-da
25 martBŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO
Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinci gündü
28 martSabah yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
25 martSabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026
Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarl
28 martTək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr
Mətbəxin imtinaedilməz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və yumşalır. Xüsusilə torbayla alınan kartofları aylarla ilk günkü kimi təzə saxlamağın yolu tapılıb. xəbər verir ki, kartof torbasının və ya saxlanma qabının içinə bir ədəd təzə alma qoymaq ən qeyri-adi, laki
25 martSəhər və axşam fərq etmədən zəhər istehlak edirik
Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndə
25 mart