Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərlə bağlı QƏRAR

Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərlə bağlı QƏRARAli Məhkəmədə Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il azadlıqdan məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib.

İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Əliyevə 52 500 manat pul verilib.

Razılaşmaya görə, Lütfü Qədirov azadlığa buraxılacağı halda Xanlar Əliyevə daha 50 min manat veriləcəkmiş.

İstintaq zamanı məlum olub ki, Lütfü Əliyevin qardaşı Şirxan Qədirov Xanlar Əliyevlə sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə tanış olub.

Lütfü Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla üzləşmələri barədə prokurorluğa müraciət edib.

Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə 8 min manat cərimə cəzası təyin olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsin dövlət ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində 8 min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə 5 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb. Daha sonra onlar kasssaisy şikayəti ilə Ali Məhkəməyə müraciət edib, lakin şikayətlərini geri götürüblər. Ali Məhkəmədə yenidən baxılan iclasda bildirib ki, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1022   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr