MM minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitəsi hesab olunmasını son oxunuşda təsdiqləyib

MM minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitəsi hesab olunmasını son oxunuşda təsdiqləyibMinatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Sonxeber.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi, həmçinin, eyni məsələ ilə əlaqədar "Yol hərəkəti haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Hər iki layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Məlumat üçün bildirək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.

Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 551   Tarix: 13 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılmas

21 yanvar
.

Bu ərazilərdə suyun verilməsində fasilə yaranacaq

Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində sabah müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yay mövsümündə suya artan təlabatın tənzimlənməsi və su keyfiyyətinin yaxılaşdırılması istiqamətində görüləcək işlə

21 yanvar
.

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapıldı

İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dai

22 yanvar
.

Xaricdə təhsil mərkəzi tələbəni belə aldadıb -Video

Əvvəlki adı "Royal Education" olan, sonra adını xaricdə təhsil olaraq dəyişdirən şirkət barədə Baku TV-nin qaynar xəttinə şikayət daxil olub. Türkiyəli tələbə Qonca Gül Kocaman iddia edir ki, Makedoniyada yerləşən universitetdən Türkiyənin universitetlərindən birinə köçürülmək məqsədilə b

21 yanvar
.

"Səhiyyə ilə bağlı dövlət proqramları icbari tibbi sığorta ilə qarşılanmalıdır" - Komitə sədri

Azərbaycanda səhiyyə ilə bağlı dövlət proqramları icbari tibbi sığorta ilə qarşılanmalıdır. xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib. Onun sözlərinə görə, bu ildən səkkiz dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək:

22 yanvar
.

"Klassik ali təhsil modelləri artıq təkbaşına iqtisadi dinamikanı təmin edə bilmir" - Kamran Əsədov

Son illərdə gənclər arasında ali təhsilə alternativ olaraq özəl kurslara maraq artmaqdadır. Bir tərəfdə diplomun verdiyi rəsmi status və akademik biliklər, digər tərəfdə isə qısa müddətdə praktik bacarıqlar qazandıran kurslar dayanır. Bəs əmək bazarının bugünkü tələbləri fonunda hansı yol daha effektivdir

22 yanvar
.

"Hollywood"da kütləvi dava - Tiktokeri döydülər

Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood" restoranında kütləvi dava olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edə

22 yanvar
.

Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğin

21 yanvar
.

Azərbaycanda cib bıçaqlarının satışı qadağan edilə bilər

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunması təklif edilib. APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib. Deputatın sözlərinə görə, gənclər və yeniyetmələr arasında bıçaqlanm

22 yanvar