"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin verilməsi ilk oxunuşda təsdiqlənib
"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
Hər iki dəyişiklik layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 736 Tarix: 13 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İçib "Range Rover"lə təhlükəli manevr etdi, həbs olundu (VİDEO)
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt-Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən "Range Rover" markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. İdarədən Qaynarinfo-ya verilə
21 yanvarTaleh Qaraşov müavinini VƏZİFƏSİNDƏN AZAD ETDİ
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Aqil Dadaşov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb. Buna səbəb onun indiyədək icra etdiyi "Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri"
22 yanvarSabah hava yağmursuz olacaq
Azərbaycanda yanvarın 22-də hava yağmursuz olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperatur
21 yanvarBakıda qadının öldüyü hadisənin anbaan görüntüləri - Video
Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerind
22 yanvarQarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama
"Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir". xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləc
21 yanvarGecə və səhər yollar buz bağlayacaq
Yanvarın 22-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəc
21 yanvar