Sabah 22 dərəcə şaxta olacaq - PROQNOZ
Bazar gününə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2435 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprelQeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən
26 aprelAzərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır
Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişa
26 aprelSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində
26 aprelBakıda fəhlə hündürlükdən yıxılaraq öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
25 aprel