Azərbaycanda ət BAHALAŞDI
Azərbaycanda bu il ət və ət məhsullarının qiymətində artım baş verib.
2024-cü ilin geridə qalan dövrü ərzində mal, qoyun, toyuq ətləri və onların hissələrinin qiymətində fərqlər görünür.
Ən çox qiymət artımı mal və qoyun ətində qeydə alınıb.
Bu ilin yanvarında mal ətinin bir kiloqramının orta qiyməti 13,5 manat idi. Amma noyabrın sonunda orta qiymət 14,5 manatı ötüb.
Qoyun ətinin qiymətində də ciddi fərq var. İlin əvvəlində bir kiloqramı orta hesabla 16 manat olan qoyun əti dekabrın əvvəlində 18 manata satılıb.
Qeyd edək ki, həm mal, həm də qoyun ətlərində çeşidə görə qiymət fərqi böyükdür. Belə ki, cavan və erkək heyvanların ətləri daha baha satılır. Əhali arasında da belə heyvanların ətinə tələb daha böyükdür. Dekabrın əvvəlində cavan və erkək iribuynuzlu heyvanın ətinin qiyməti 15,5-16 manat, quzu ətinin qiyməti isə 20 manat olub.
Mal və qoyun ətinin bahalaşması əhalidə toyuq ətinə tələbi artırıb. Buna görə də 2024-cü ildə toyuq əti də bahalaşıb. İlin əvvəlində kiloqramının qiyməti orta hesabla 5,8 manat olan toyuq əti dekabrın əvvəlində 6,1 manata satılıb. Müqayisə edilən dövrdə toyuq filesinin qiyməti 8,9 manatdan 9,2 manata, toyuq budunun qiyməti 4,6 manatdan 4,8 manata yüksəlib.
Dekabrdakı ilkin qiymət müşahidələri göstərir ki, mal, qoyun və toyuq ətinin qiymətində artım ilin sonuncu ayında da davam edəcək.Dekabrın bayram ayı olması da qiymətlərin artmasını bir qədər gücləndirəcək. /Sfera.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 15101 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabr