Azərbaycanın tanınmış alimi vəfat etdi
Tanınmış maliyyəçi, İqtisad elmləri namizədi, əməkdar müəllim Asif Kərimov vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, A.Kərimov 92 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Kərimov Asif Məti oğlu 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-1950-ci illərdə orta təhsil alıb. 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.
Uzun illər o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb. O, 2017-ci ildə təqaüdə yola salınmışdı.
Təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adına layiq görülən A.Kərimov UNEC-in Fəxri professoru olub.
O, maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 951 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr