Ata qızının dırnağı kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı - CƏZA
Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Fərəcov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Vahid Fərəcov 2023-cü il oktyabrın ortasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə qızı, 2012-ci il təvəllüdlü Nəzrin Fərəcovanın (şərti) baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyib. Bu zaman qızın sağ çiyni sobaya dəyib. Nəticədə Nəzrinin sağ çiyin nahiyəsi yanıb.
Təqsirləndirilən şəxs həmin il noyabrın sonunda yaşadığı evdə qızının sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib övladına əzab verib.
Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Nəzrinin baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu vedrəyə salıb-çıxarıb. Daha sonra Vahid onu hündürə qaldırıb yerə çırparaq sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib.
Daha sonra Vahid Fərəcov saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1420 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laçında traktor minaya düşdü
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
26 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrHəyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabr