Azərbaycanda 92 yaşlı nənəni işə saldılar: 78 min borc, həbs

Azərbaycanda 92 yaşlı nənəni işə saldılar: 78 min borc, həbsAzərbaycanda 92 yaşlı vətəndaş dələduzların qurbanı olub.

Ölkə.Az xəbər verir ki, bu barədə zərərçəkənin qohumu sosial şəbəkələrdə yazıb.

Adını anonim saxlayan şəxs bildirib ki, nənəsinin adına şirkət açılıb və 78 min manatdan çox vergi borcu var:

"Deməli, 2 il əvvəl nənəmin xəbəri olmadan onun adına şirkət yaradılıb. Bu gün bizə vergidən məktub gəlib ki, nənəmin vergiyə 78 325 manat borcu var. Ödəməyi tələb edirlər. Nənəmi əmtəəsiz əməliyyat apardığına görə riskli vergi ödəyicisi kimi qeydiyyata alıblar, onun ölkədən giriş-çıxışına və əmlakına həbs qoyublar. Nənəm 4 ildən çoxdur ki, skleroz xəstəsidir, yəni evdə heç kimi tanımır, yaddaş itkisi var. Hətta mənim özümü, anamı belə tanımır. Ölkədən getməyinə məhdudiyyət qoyulmasına etirazımız yoxdur, çünki evden bayıra çıxa bilmir, amma əmlakına həbs qoyulmağı problemlidir. Nənəmin 92 yaşı var".

Sosial şəbəkə istifadəçiləri isə qeyd edib ki, yaşlı qadının adına onlayn etibarnamə verilmədən, bu, mümkün ola bilməz.

Qeyd olunub ki, qadının xəstə olması barədə tibbi arayışlar və keçirdiyi əməliyyatlara dair sənədlər varsa, şirkət üçün aparılmış əməliyyatlar etibarsız sayılacaq və bu işdə əli olanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, vətəndaşların xəbəri olmadan adına şirkət açılması faktı ilk deyil. Daha əvvəl də dəfərlərlə oxşar hallar baş verib.

Dövlət Vergi Xidməti belə olan halda vətəndaşlara ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq "Asan İmza" ilə bağlı əməliyyatları dayandırmağı və hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1539   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr