Milli Məclisdə "Diplomatiya Könüllüləri" ilə görüş keçirilib
Dekabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri Xarici İşlər Nazirliyinin "Diplomatiya Könüllüləri" qrupu ilə görüşüblər.
Sonxeber.az xəbər verir ki, görüşü açan komitə sədri Səməd Seyidov Azərbaycanın əldə etdiyi uğurlar və bu nailiyyətlərin qorunub inkişaf etdirilməsində diplomatların üzərinə düşən vəzifələrdən və gənclərin rolundan danışıb. O, ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq deyib ki, bu, böyük nemətdir və bunu qorumaq, inkişaf etdirmək yeni nəslin üzərinə düşür.
Səməd Seyidov gəncləri daha fəal olmağa, ölkənin inkişafı üçün verilən imkanlardan maksimum yararlanmağa çağırıb.
Komitə sədri Prezident İlham Əliyevin ölkənin qarşısında dayanan məsələlərlə bağlı verdiyi mesajların əhəmiyyətini vurğulayaraq, gənclərin bu işdə fəal iştirakı üçün geniş imkanların yaradıldığını qeyd edib.
Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini Vasif Əliyev bildirib ki, "Diplomatiya Könüllüləri" proqramı 2019-cu ildən fəaliyyət göstərir və artıq beş ildir uğurla davam edir. Bu proqram çərçivəsində nazirlikdə 250-dən çox gənc təcrübə keçib. Proqramın seçim prosesi kifayət qədər rəqabətli şəraitdə keçir və hər il böyük maraq doğurur.
Görüşdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov, Zaur Şükürov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov gənc diplomatlarla bu cür görüşlərin, könüllülük hərəkatının əhəmiyyətindən danışıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-a ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.
Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, həmçinin diplomatların üzərinə böyük yük düşür.
Sonra görüş sual-cavab formatında davam etdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı