"Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır" - DEPUTAT

"Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır" - DEPUTATİsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu qətnamə qəbul edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərinin suverenliyi təmin etməsi, müstəqil siyasət yürütməsi, COP29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:

"Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Təəssüf ki, bu baş vermir".

O hesab edir ki, Avropa Parlamentində cəmləşmiş xristian yuvası dağılmalı və dünyada yaşayan bütün insanların dinindən, irqindən asıllı olmayaraq hamının hüquqları bərabər olduğu bir dünya birliyinin yaranacağı labüddür:

"Çünki Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır. Qərbin Azərbaycana qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi məqamda Azərbaycan Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilata üzv qəbul edilib. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvülüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq".

A.Badamov qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək:

"D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 948   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr