Şəhid anası: "Üç uşağını qoyub, arxasına belə baxmadan müharibəyə yollandı"
Baku TV-də Vətən müharibəsi şəhidi Mixail Həmidov haqqında reportaj yayımlanıb.
Oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olan M.Həmidov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən danışan Nüsrət Həmidova bildirib ki, Mixailin uşaqlıqdan bəri həddindən artıq Vətənə sevgisi var idi.
"O bilirdi ki, müharibə olacaq. Çünki Birinci Qarabağ müharibəsi dövründən "Atamgil torpaqlarımızı ala bilmədi, yəqin ki, bu, bizim öhdəmizə düşür" deyirdi. Bir ana olaraq qürurlanıram ki, oğlum geniş ürəyi ilə ailəsini, üç uşağını qoyub, arxasına belə baxmadan müharibəyə yollandı. Şəhid olmamışdan bir gün əvvəl zəng edəndə uşaqlarını soruşdu. Ona "Uşaqlar çox yaxşıdır, niyə narahatsan? Allah səni qorusun, sağ-salamat qayıdasan, hər şey yaxşıdır" dedim. Həmin gün də, yəni oktyabrın 22-si həyat yoldaşının ad günü idi, 23-ü səhər şəhid oldu", - deyə Nüsrət Həmidova söyləyib.
Şəhid anasının sözlərinə görə, oğlunu dəfələrlə yuxuda görüb:
"Hətta bir dəfə yuxuda gördüm ki, Mixail məni çağırır. "Nə istəyirsən?" dedim. Əli ilə mənə "4" göstərdi. Düşündüm ki, işarə etdiyi ailəsidir, onları mənə tapşırıb getdi".
N.Həmidova qələbə xəbərini necə almaları barədə danışıb:
"Qələbəni eşidəndə bazarlığa getmişdik. Oğlumun qonaqları üçün ehsan süfrəsi açırdıq. Xəbər gələndə həm ağladıq, həm də güldük. Bütün şəhər ayağa qalxmışdı. Sevincimiz ona görə idi ki, şəhidlərimizin qisasları alındı, torpaqlarımız geri qayıtdı".(oxu.az)
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabr