Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...Ətin bahalaşması ilə bağlı məsələ mətbuatda dəfələrlə qaldırılıb, səbəbləri mütəxəssislərlə müzakirə edilib. Budəfəki müzakirə isə bahalaşma deyil. Qiymətin əsassız şəkildə aşağı olmasıdır. Bəli, söhbət ət dükanlarında, marketlərdə satılan farş ətlərdən gedir. Məsələn, hazırda marketlərdə sümüklü ətin kilosu 14-15 manat, sümüksüz ət 19-20 manat, farşın qiyməti isə 8-10 manat arasında dəyişir.

Bəs farşı digər ətlərdən fərqləndirən nədir? Əgər hər ikisi qırmızı ətdən hazırlanırsa, niyə qiymətlər arasında bu qədər fərq var? Ən əsası, farş alarkən nələrə diqqət etməliyik?

Bu və digər suallara "Kaspi" qəzetinin məqaləsində cavab axtarılıb.

Zərgər üçün qızıl, qəssab üçün ət

Qəssab Elnur Əliyev deyir ki, əgər qəssabınız əsl qəssabdırsa, farşın qiyməti ilə tikə ətin qiyməti arasında maksimum 1-2 manat fərq yarana bilər. 10 manat fərq yaranırsa, deməli, burada problem var. Çünki heç bir qəssab ziyana işləməz: "1-2 manat ucuz olmasının iki səbəbi var. Birincisi, tikə ətlərin yağları və sinirləri varsa, onlar daha dəqiq təmizlənir. Bu, daha çox əmək deməkdir. Çünki tikə ət yeyərkən, əgər sinirlər təmizlənməyibsə, istehlakçı onu hiss edir və "bu qəssabın əti heç də yaxşı deyilmiş" deyir. Qiyməyə gəlincə isə, farşda bu qədər detallı təmizləmə aparılmır. Üstəlik, maşının içində əvvəlcə çəkilib qalan ət də ola bilər. Maşının özünün daxili soyutma sistemi olsa da, ət, soyuducudan çıxdığı andan etibarən təzəliyini itirir. Heç bir qiymə maşını gündə iki dəfədən çox təmizlənmir. Çünki bu da zəhmət tələb edən işdir. Belə olan halda, maşında yığılan yağ və sinirlər də qiymənin içinə qarışır. Əgər qəssabınız təcrübəli və səliqəlidirsə, detallı təmizləmə olmamasına baxmayaraq, qiyməyə qarışan yağ və siniri yeyərkən hiss etməzsiniz. Bu, bir növ sənətkarlıqdır. Zərgər üçün qızıl nədirsə, qəssab üçün də ət odur".

Farş adı ilə hansı növ ətləri yeyirik?

Qiymətlər arasında böyük fərq olan qəssab dükanlarına gəldikdə isə, əgər buradan alış-veriş etmisinizsə, qiyməni ət bilib dalaq, toyuğun istifadə olunmayan hissələri və ya digər içalatları yemisiniz deməkdir: "Farş hazırlanarkən adətən yüksək keyfiyyətli ət deyil, daha ucuz hissələr, məsələn, artıq parçalar, yağlı hissələr və ya sümüyə yaxın olan yerlər istifadə olunur. Bu da məhsulun maya dəyərini aşağı salır. Bəzi hallarda farşın çəkisini artırmaq üçün ona yağ, dərialtı piy və ya digər ət əlavələri qarışdırıla bilər. Bu əlavələr əti ucuzlaşdırır. Bəzən farş ətin tərkibinə digər heyvanların əti qarışdırılır ki, bu da maya dəyərini azaldır".

Əgər farş alırsınızsa...

Qəssab tövsiyə edir ki, əgər farş alırsınızsa, keyfiyyətinə diqqət yetirmək vacibdir. Ət təzə görünməli, xoşagəlməz qoxu olmamalı və rəngi təbii olmalıdır: "Həmçinin istehlakçılara özlərinin bələd olduğu qəssab dükanlarından alış-veriş etmələrini tövsiyə edirəm".

Qoca heyvan ətləri, qığırdaqlar, piylər

Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, farşın ucuz olmasının səbəbi ilk növbədə ətin müddətinin keçməsi və zərəri az da olsa qarşılamaq məqsədilə, istifadə müddətinə az qalan ətin istifadə olunmasıdır: "Bundan əlavə, bəzi nəzarətdən kənar müəssisələrdə, kəsim mərkəzlərində qoca heyvan ətlərindən, qığırdaqdan, iç piylərindən, donmuş ətlərdən istifadə etməklə farşlar hazırlanır. Hazırlanan farşlarda kənar qoxu və dadların olumaması məqsədilə bəzi dadlandırıcılar və ətin rənginin qorunması məqsədilə müəyyən qatqılardan istifadə olunur. Bir çox hallarda isə toyuq dərisindən, ətindən, hətta toyuq ayağından istifadə olunur".

Arayış tələb edin!

Mütəxəssis bildirir ki, əgər farş real mal ətindən hazırlanmayıbsa, ətin görünüşündə ağ çalarlar olur, dad və çeynəmə zamanı kənar hissəciklərin mövcudluğu hiss edilir: "Bunları nəzərə alaraq istehlakçılar farşı ev şəraitində hazırlamağa üstünlük verməli, kənarda hazırlandığı zaman prosesi müşahidə etməli, kəsim məntəqələri, eləcə də iri ticarət mərkəzlərindən ətin mənşəyi ilə bağlı baytarlıq arayışlarını tələb etməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 937   Tarix: 22 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hüseyn Əzizoğlunun "Papaq Lounge" da nələr baş verir? Hüzn günündə içki var, məclis var… -Video

"Papaq Lounge"restoranında 20 yanvar hüzn günü niyə tarixə və milli dəyərlərə hörmət olunmur?. Bu kimi halların, tariximizə biganəliyin ifşa olunub qarşısı alınmalıdır…. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Həmin gecə Azərbaycan xalqı tarix yazırdı. Həmin gecə xalq öz müqəddəratın

21 yanvar
.

İçib "Range Rover"lə təhlükəli manevr etdi, həbs olundu (VİDEO)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt-Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən "Range Rover" markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. İdarədən Qaynarinfo-ya verilə

21 yanvar
.

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb. Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisad

21 yanvar
.

Hərbi liseyin müəllimi vəfat etdi

Naxçıvanda yerləşən hərbi liseyin müəllimi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev adına Hərbi Liseyin ingilis dili müəllimi Mətanət Eminova qəfil dünyasını dəyişib. Onun insult keçirdiyi bildirilib

21 yanvar
.

Ağsuda zəlzələ oldu

Yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 km cənubda, Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata əsasən, zəlzələ 3 bal gücündə hiss olunub. Zəlzəl

21 yanvar
.

Havaya görə 15 nəfər xəstəxanalıq oldu

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib. Bu barədə "Qafqazinfo"ya İnstitutdan məlumat verilib. Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağr

21 yanvar
.

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Bildirilib ki, Vidadi Zeynalov 2015-c

21 yanvar
.

İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlə

21 yanvar
.

Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub

Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub. xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib. Deputat qeyd edib ki, artıq xaricdə təhsillə bağlı dövlət proqramının həyat

22 yanvar