Azərbaycan Suriyaya humanitar yardım GÖNDƏRDİ
Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.
Sonxeber.az xəbər verir ki, Trend-in məlumatına görə, bu, Azərbaycandan Suriyaya gedən ilk yardım konvoyudur.
Bu yardım konvoyunda 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir.
Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub.
Bunu Abşeron Logistika Mərkəzində Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanının göndərilməsi zamanı jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub", - o bildirib.
A.Hacızadənin sözlərinə görə, Azərbaycan XİN müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
"Onlar keçid hökuməti və XİN ilə müvafiq görüş keçiriblər, Suriya ilə Azərbaycan arasında müvafiq əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildiyiniz kimi, 2012-ci ildən etibarən Suriyada Azərbaycan səfirliyi fəaliyyət göstərmir. Səfiliyin fəaliyyətinin bərpası məsələsi də bu görüşlərin müzakirə mövzusu olub. Qeyd edək ki, Əsəd rejiminin çöküşündən sonra Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi, həmçinin, ölkənin bərpa edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə addımlar atmaq niyyətindədir. Bu məsələlər qardaş Türkiyə ilə birlikdə əlaqələndirilir. Bu istiqamətdə tədbirlərimiz davam etdiriləcəkdir", - A.Hacızadə bildirib.
Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub.
Qeyd edək ki, 29 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü