Litva prezidenti İlham Əliyevə zəng etdi
Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.
Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 694 Tarix: 30 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr