"Union Logistika"rəhbəri Rövşən Mehdiyev sahibkarları niyə aldadır?
Bakıda bir logistika şirkətinin sahibkarlara külli miqdarda ziyan vurduğu iddia edilir.
Sonxeber.az Xezerxeber.az-a istinadən məlumat verir ki, müqaviləyə əsasən, məhsulu bir aya çatdırmalı olsalar da, 4 aydır ki, təhvil verilmir.
Bakıda bir qrup şəxs "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, onlar malı gətirmirlər.
Cavid Nəbiyev iddia edir ki, paytaxda olan həmin logistika şirkəti onları aldadır.
Onun sözlərinə görə, məhsulu onlara təhvil verməzdən əvvəl şirkətin rəhbəri Rövşən Mehdiyevlə aralarında rəsmi müqavilə də bağlanıb. Müqavilədə göstərilib ki, mallar 30 gün müddətinə onlara təhvil veriləcək. Digər şikayətçi – Ceyhun Sahilov da həmin şirkətlə paytaxta 9200 manatlıq reklam avadanlıqları gətirmək üçün müqavilə bağlayıb.
Vətəndaşlar deyirlər ki, dəfələrlə "Union Logistika"nın rəhbəri onlara məhsulun çatdırılması vədini verib, amma sentyardan bu günə qədər bunu icra etmirlər. Sahibkarlar bununla bağlı Baş Prokurorluğa müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı sözügedən logistika şirkətinin ofisinə getdik. İş günü olsa da şirkətin qapısı bağlı idi. Ancaq "Union Logistika" nın əməkdaşı Anar Qafarlı ilə əlaqə saxladıq. O, telefonda şifahi olaraq bildirdi ki, məhsulların çatdırılmasında bəzi problemlər olub, amma bu ayın sonuna qədər təhvil veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1341 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr