"Ermənistan cənab Prezident İlham Əliyevin növbəti xəbərdarlığından nəticə çıxarmalıdır" - DEPUTAT
"Yanvarın 7-də Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox mühüm məsələlərə toxundu".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirən dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında da geniş əhatəli məlumat verdi:
"Bununla yanaşı, cənab prezident İlham Əliyev qarşıdan duran hədəflər barədə də ölkə ictimaiyyəti məlumatlandırdı.
Həmçinin, Ali Baş Komandan növbəti dəfə Ermənistan və onun havadarlarına xəbərdarlıq etdi. Müsahibədə dövlət başçımız regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı dövlətimizin dəyişməz mövqedə olduğunu bir daha bildirdi. Ermənistan cənab prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycanın tələblərini yerinə yetirməli və qısa müddət ərzində sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə regionda yenidən müharibənin başlanması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi,"biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik". Necə ki, torpaqlarımızın işğalı ilə barışmadığımız kimi".
Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev müsahibəsində qərbi azərbaycanlıların qayıdışı öz dədə-baba yurdlarına qayıdışı məsələsinə toxunub:
"Öz doğma torpaqlarından zorla çıxarılmış qərbi azərbaycanlıların hüquqları bərpa olunmalı, Ermənistan soydaşlarımızın geri dönməsi ilə bağlı yaratdığı süni əngəllərə son qoymalıdır. Ermənistan İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış "geri qayıtma hüququ"nu tezliklə tanımalıdır".
Deputat söyləyib ki, cənab Prezident İlham Əliyev dünənki müsahibəsində 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək layihələr barədə də geniş məlumat verdi:
"2025-ci ildə də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Keçmiş köçkünlərin öz doğma torpaqlarına köçürülməsi prosesi 2025-ci ildə də davam etdiriləcək. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Azad edilmiş ərazilərdə əsas infrastruktur layihələri yaxın zamanlarda yekunlaşması gözlənilir. Bunu cənab Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində də qeyd etdi. Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəni həm də 2025-ci ildə Azərbaycanın qarşıya qoyduğu bir çox hədəflərə çatacağının anonsu kimi də dəyərləndirmək olar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü