MM-nin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Ermənistandan irqçi siyasətdən imtina etməyi tələb edirik

MM-nin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Ermənistandan irqçi siyasətdən imtina etməyi tələb edirikMilli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışı ilə bağlı bəyanat yayıb.

Sonxeber.az xəbər verir ki, bəyanatda xatırladılıb ki, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar edib:

"Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə salınması münaqişənin yan təsiri deyil, Ermənistanın birbaşa hədəflədiyi və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmənin nəticəsi idi".

Bəyanatda vurğulanıb ki, bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır.

"Ermənistanda irqçilik dövlət siyasəti kimi institusionallaşdırılıb. Bu dövlət öz ərazisində və otuz il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirib. Bundan əlavə, Ermənistan həmin ərazilərdə azərbaycanlıların mədəni irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii sərvətlərini, ictimai və şəxsi əmlakını talayıb və Azərbaycan ərazilərini məqsədli şəkildə kütləvi sayda minalarla çirkləndirib", - bəyanatda deyilir.

Bildirilib ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir:

"Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini "tarixi nailiyyət" kimi təsvir etmişdir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir".

Qeyd olunub ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etmişdir.

"Levon Ter-Petrosyanın xələfi, keçmiş prezident, qaniçən hərbi cani Robert Koçaryan, azərbaycanlılarla ermənilərin "etnik və genetik uyğunsuzluğu" kimi irqçi ideyaları təbliğ edirdi. Digər keçmiş prezident və hərbi cani Serj Sarkisyan isə 1992-ci ildə azərbaycanlı mülki şəxslərin Xocalıda qətliamında oynadığı rolu ilə açıq şəkildə öyünür və nasist general Qaregin Njdenin faşist ideologiyasını rəsmi dövlət siyasəti kimi qəbul etmişdi. Vaxtilə "Qarabağ Ermənistandır" deyərək ilhaqçılıq siyasəti aparan hazırkı Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin irqçi siyasətini davam etdirir".

Təşəbbüs qrupu bəyan edib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi və revanşist siyasəti kontekstində onun hazırda apardığı genişmiqyaslı silahlanma, sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır:

"Prezident İlham Əliyev 2024-cü il yanvarın 7-də Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə etmişdir. Biz Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunmasına dair baxışını və Ermənistana ünvanladığı tələbləri tam və birmənalı şəkildə dəstəkləyirik. Həmçinin, bu fürsətdən istifadə edərək, Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk".

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçiliyə və insan hüquqları pozuntularına, habelə onun sürətli və genişmiqyaslı silahlanmasına biganə qalmamalıdırlar, Birləşmiş Millətlər Təşkilatının üzvü və bir çox beynəlxalq insan hüquqları konvensiyalarının tərəfi kimi Ermənistan bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməli və onun silahlanmasının qarşısı alınmalıdır:

"Biz beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edirik".

Xatırladaq ki, L.Ter-Petrosyan çıxışında deyib:

"Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr