"Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox vacib məqamlara aydınlıq gətirdi" - DEPUTAT
"Ermənistan rəhbərliyi cənab Prezident İlham Əliyevin dünənki xəbərdarlığından nəticə çıxarmalı, Azərbaycan şərtləri ilə hazırlanan sülh müqaviləsini tez bir zamanda imzalamalıdır".
Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində dövlətimizin bu günə qədər əldə etdiyi nailiyyətlər, icra olunan layihələr haqqında da geniş əhatəli məlumat verdi:
"Cənab Prezident İlham Əliyev dünənki müsahibəsində bir çox vacib məqamlara aydınlıq gətirdi. Eləcə də ölkə başçısı dövlətimizin qarşıya qoyduğu hədəflər barədə də məlumat verdi. Əslində Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə tək Azərbaycanda deyil, həm də qlobal müstəvidə baş verən proseslərin real mənzərisini əks etdirmiş oldu. Cənab Prezident İlham Əliyev müsahibəsində Ermənistanın silahlandırılmaması məsələsinə toxunub. Dövlət başçısı Ermənistanın silahlanması, regionda yeni gərginliyin yaranmasına səbəb olacağını da qeyd etdi. Azərbaycan hər zaman sülhün tərəfində olub. Biz sülh istəyirik. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Ali Baş Komandan İlham Əliyev dünənki müsahibəsində Ermənistan və onun havadarlarını da xəbərdarlıq edib. Regionda yenidən baş verəcək bütün toqquşmalara görə məsuliyyət Ermənistanın üzərinə düşəcək".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Avropa Komissiyasının prezidentinin COP29-a qatılmaması məsələsinə də toxundu:
"Bütün COP tədbirlərinə qatılan Avropa Komissiyasının prezidenti Von Der Leyen COP29-da iştirakdan son anda imtina etməsi Azərbaycan qarşı növbəti ikili münasibətim sübutdur. Avropa Komissiyasının prezidentinin bundan əvvəlki COP-lara qatılıb və iqlim maliyyələşməsində ən böyük donordur. Von Der Leyen Azərbaycana gəlməkdən imtina etməsi ölkəmizə qarşı başladılan təxribatın tərkib hissəsi idi. Səbəb də məlumdur. Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi qərbin və Avropa İttifaqının Cənubi Qafqazla bağlı bütün planlarını alt-üst etdi. Qarabağ kartının əldən çıxması onların Cənubi Qafqaza münaqişə ocağına çevirmək planını məhv etdi. Bu gün Azərbaycan hər şeyin fərqindədir. Ermənistan rəhbərliyi havadarlarının sifarişini yerinə yetirməklə öz dövlətinin varlığını şübhə altına atır. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki və 1 günlük anti-terror əməliyyatındakı biabırçı məğlubiyyətlərini unutmasınlar. Ermənistanın tək xilası sülh müqaviləsini imzalamaqdır".
Deputat ölkə başçısının ötən günkü müsahibəsində ölkəmizin siyasi, iqtisadi gündəliyi ilə yanaşı dövlətimizdə sosial sahədəki addımlarını, Qarabağın bərpasını və digər aktual məsələləri şərh edərək vacib nüanslara toxunduğunu da qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü