"Levon Ter-Petrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu sübut edir" - DEPUTAT
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı ermənilərin Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirdiyinin növbəti sübutudur".
Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı müxtəlif cinayətlər, terror və soyqırım aktları törədiblər:
""Böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət quran ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər, cinayətlər və terror aktları həyata keçiriblər. Ötən əsr boyunca qərbi azərbaycanlıları öz ata-baba yurdundan dörd dəfə deportasiya edən Ermənistanın cəzasız qalması Azərbaycan ərazi iddialarına və 20 faiz torpaqlarımızın 30 il ərzində işğal altında qalmasına səbəb oldu. 44 günlük Vətən müharibəsində və 1 günlük anti-terror əməliyyatı nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi regionda sülh üçün münbit şərait yaranıb. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər qərbi azərbaycanlılarda öz evlərinə sülh və təhlükəsiz şəkildə qayıtmaq ümidini daha da artırdı.1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan zorla qovulub.Levon Ter-Petrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu, xalq olaraq xaosdan, terrordan qidalandığını bir daha sübut etmiş oldu".
Deputat vurğulayıb ki, qərbi Azərbaycana qayıdış soydaşlarımızın təbii hüququdur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:
"Biz Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb edirik. Dövlətimizdə qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair kifayət qədər faktlar mövcuddur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Gec-tez soydaşlarımız öz doğma yurdlarına geri qayıdacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1212 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr