Səhiyyə Nazirliyində "Volqa" əməliyyatı: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - SƏNƏDLƏR

Səhiyyə Nazirliyində "Volqa" əməliyyatı: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - SƏNƏDLƏRBu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

Sonxeber.az Bakupost.az-a istinadən məlumat verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.

Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb. Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. "Volqa"dan sadəcə "benzin silmək" üçün istifadə olunub.

O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.

Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub. Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.
Səhiyyə Nazirliyində "Volqa" əməliyyatı: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - SƏNƏDLƏRSəhiyyə Nazirliyində "Volqa" əməliyyatı: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - SƏNƏDLƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 973   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr