"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir – Araşdırma

"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir – AraşdırmaMeydan TV ilə bağlı cinayət işində iki kommersiya qurumunun adı keçməkdədir.

Tribunainfo.az bildirir ki, bu proseslə bağlı diqqət çəkən detallardan biri ölkəyə pul gətirilməsində "Baku Elektroniks" firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovanın adının hallanmasıdır. İkinci xüsusi nüans isə pul köçürülməsinin "TBC Bank" adlı bank olmayan təşkilatın vasitəsi ilə həyata keçirilməsidir. Belə ki, bu haqda Baku TV tərəfindən hazırlanmış geniş süjetdə bəhs olunub. Süjetdə deyilir ki, "Baku Elektroniks" firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus məxsus GE07TB7258945063400001 "TBC Bank" hesabları vasitəsilə maliyyə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib. Bu vəsaitlər təkcə Şirməmmədovanın sözügedən hesabından qəbul edilməyib. Materialda vurğulanır ki, ümumilikdə təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və "Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 "TBC Bank" hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub. Maraqlıdır ki, "Baku Elektroniks" öz ə əməkdaşının, baş əməliyyatçının bu fəaliyyətindən nə dərəcədə məlumatlı olub? Ümumiyyətlə, mağazalar şəbəkəsinin bu işlə nə əlaqəsi var? Həmçinin, "Bank TBC" təşkilatı hesaba köçürülən maliyyə ilə bağlı hər hansı dəqiqləşdirmələr aparıbmı?

Xatırladaq ki, Meydan TV ilə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin (BJM) faktiki rəhbəri Ülvi Tahirovun ətrafında davam etdirilən araşdırmalarla onun həyat yoldaşı, "Yuva" Humanitar Mərkəzinin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqələrdə olan FEMACT MMC-nin direktoru feminist Pərvanə Məmmədova barəsində bir sıra detallar açıqlanıb. Belə ki, sözügedən şəxslər barəsində 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə müxtəlif qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən maliyyə vəsaitləri əldə etmə faktları müəyyən olunub.

Məsələn, 2016-2022-ci illərdə İsveçin "Kvinna till Kvinna" donor təşkilatından "Gənc Qadın və Qızların Liderlik Proqramı" (Young Women and Girls Leadership Program), "Gənc qadınların cəmiyyətdə sülhyaratma fəallığı" (Young women"s peacebuilding activism in the society), "Ümid Mərkəzi – Gənc Qadınların Gücləndirilməsi" (Umid (Hope) Center -Young Women Empowerment) və "COVID-19-a cavab olaraq ÜMİD icmasına dəstək" (Support to UMID community as response to COVID-19) adlı layihələr üzrə 600500 manat, həmçinin, 2022-2023-cü illərdə Birləşmiş Krallığın "Müharibə və Sülh Xəbərləri İnstitutu" (IWPR – Institute for War and Peace Reporting) donor təşkilatından "Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdırılması prosesində gender məsələsinin ön plana çıxarılması (Gender mainstreaming of resettlement process of IDP from Karabakh) layihəsi üzrə 73000 manat sözügedən dəstənin ixtiyarına verilib. Yazıda adı keçən tərəflərin açıqlamalarını işıqlandırmağa hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1257   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr