"Sənəd üzərində qalacaq olan bu tərəfdaşlıq yalnız erməni xalqına populizm və gözdən pərdə asmaq üçündür" - DEPUTAT
Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalayıb:
"Sənəd üzərində qalacaq olan bu tərəfdaşlıq kimə, nəyə lazımdır – yalnız erməni xalqına populizm və gözdən pərdə asmaq üçündür. Blinkenin isə Azərbaycana qarşı subyektiv yanaşması hər kəsə bəllidir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz dövründə fərqli siyasi kurs icra edəcək. Həm siyasi rəhbərlik, həm də kadrlar dəyişir. Belə olan halda, sazişin işləmə mexanizmlərinin necə olacağı bəlli deyil, həyata keçirilməsi perspektivləri, sazişin icrası sual altında qalır.Hesab edirəm ki, burada Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi, daha millətçi, öz ölkəsinin milli maraqlarını, iqtisadiyyatını, öz vətəndaşlarının rifahını ön plana çəkən yeni rəhbərlik üçüncü dövlətlərin daxili işlərinə müdaxilə etməyəcək".
Deputat vurğulayıb ki, Demokratlar və Respublikaçılar hakimiyyətinə nəzər salsaq görərik ki, birincilər daha çox digər ölkələrin daxili gündəliklərinə müdaxilə etməyə meyilli olurlar, digər ölkənin daxili işlərinə qarışmağı özlərinin haqqı hesab edirlər:
"Bu xüsusda Trampın dövründə ABŞ administrasiyasının regionumuzun məsələlərinə aşırı müdaxiləsini proqnozlaşdırmıram. Həm də Azərbaycanla bağlı şişirdilmiş gözləntilərin aradan qalxacağına ümid edirəm. Beləliklə, regionumuza kənar müdaxilələrin azalacağını, nəticədə süni gərginliyin azalacağını gözləyə bilərik. Ermənistan da reallığı tezliklə dərk edəcək və Azərbaycanın haqlı tələblərini icra edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü