Azərbaycanda öz qanını satmaq istəyənlər var - Qan Bankından reaksiya

Azərbaycanda öz qanını satmaq istəyənlər var - Qan Bankından reaksiyaSosial şəbəkədə vətəndaş öz qanını ödəniş müqabilində satmaq istədiyini elan edib. Elana şərh yazan izləyicilər həmin şəxsə Mərkəzi Qan Bankına müraciət etməyi məsləhət görüblər.

Bəs Mərkəzi Qan Bankında vətəndaşdan ödəniş qarşılığında qan qəbul edilirmi, belə müraciətlər varmı? Əgər qəbul edilirsə, ödəniş nə qədərdir?

Modern.az saytı bu və digər sullarla Respublika Qan Bankına müraciət edib.

Qan Bankından sorğumuza cavab olaraq bildirilib ki, hazırda ödəniş qarşılığında vətəndaşdan qan qəbulu halları mövcud deyil.

"Qanunvericiliklə belə qan donorları Qan Bankı tərəfindən qəbul edilmir. Bunun mənfi cəhətləri aşağıdakılar göstərilir:

Ödəniş qarşılığında qan verən şəxslərin sağlamlıq göstəriciləri bəzən düzgün yoxlanılmaya bilər. Həmin donorlar bəzi hallarda tibbi şərtləri gizlədə bilər, bu da infeksion xəstəliklərin ötürülməsi riskini artırır.

Eyni zamanda ödənişli qan qəbulu təmənnasız donorluğun təşviqinə maneədir. Ödənişli donorluq cəmiyyətdə könüllü donorluq mədəniyyətini zəiflədə bilər. Xeyriyyəçilik prinsiplərindən uzaqlaşma, cəmiyyətdə mənfi ictimai fikir formalaşdıra bilər.

Maddi maraq üçün tez-tez qan vermək şəxslərin sağlamlığına mənfi təsir göstərə bilər. Qan tez-tez bərpa olunmalıdır və bu donorun ümumi sağlamlığına zərər verə bilər.

Ödəniş qarşılığında qan donorluğu, xüsusilə sosial və iqtisadi baxımdan zəif təbəqələri mənfi təsir altına sala bilər, çünki bu insanlar məcburiyyət qarşısında qan vermək qərarı qəbul edə bilərlər".

Qurumdan deyilib ki, Azərbaycanda qan donorluğu məsələsi qanunvericiliklə tənzimlənir və bu məsələyə dair əsas hüquqi sənəd "Qan və onun komponentlərinin donorluğu haqqında" Qanun və əlaqəli normativ-hüquqi aktlardır.

Qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə görə, qan və qan komponentlərinin donorluğu əsasən könüllü və ödənişsiz əsaslarla həyata keçirilir:

"Qanunvericilikdə qeyd olunur ki, könüllü qan donorluğu insanın öz iradəsi ilə, maddi maraq güdmədən, xeyriyyəçilik prinsiplərinə əsasən edilir.
Ona görə də Mərkəzi Qan Bankında qan vermək əsasən könüllülük prinsipi əsasında təşkil edilir".

Maraqlıdır 2024-cü ildə mərkəzə vətəndaşlar tərəfindən nə qədər qan verilib?

Respublika Qan Bankının qan donorluğu ilə bağlı rəsmi məlumatlarına əsasən, 2024-cü ildə ümumilikdə 126 148 nəfər donor qan ianə edib. Bunlardan 114 257 nəfəri könüllü qan donorlarıdır. Qalan donorlar təkrar olaraq qan verib:

"Azərbaycanda qan donorluğunun əsas istiqaməti könüllü donorluğun inkişaf etdirilməsidir. Bunun səbəbi aşağıdakılardı:
- Könüllü donorluğun təhlükəsiz, etik və daha davamlı olması;
- İnsanların sağlamlığını qorumaq və təmənnasız xeyirxahlığı təşviq etmək".

Qeyd edilib ki, Səhiyyə Nazirliyi və Respublika Qan Bankı əsas diqqəti könüllü və pulsuz qan donorluğunun təşviqinə yönəldir. Dövlət qanunvericiliyində könüllü qan donorluğunun genişləndirilməsi üçün əlavə təşviq mexanizmləri və maarifləndirmə işləri aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1370   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr