İranlı pop musiqiçi ölümə məhkum edildi
İran məhkəməsi Tatalu səhnə adı ilə tanınan məşhur musiqiçi Amir Hosseyn Maqsudlunu küfrdə ittiham edərək edam cəzasına məhkum edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qərar Ali Məhkəmənin musiqiçinin əvvəlki 5 illik həbs cəzası ilə bağlı prokurorun etirazını təmin etməsindən sonra verilib.
Tatalu əvvəlcə küfrdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Lakin prokurorun etirazlarından sonra işə yenidən baxılıb və bu dəfə məhkəmə musiqiçini "peyğəmbəri təhqir etməkdə" - İranda ölümlə cəzalandırılan cinayətdə təqsirli bilib.
Bildirilir ki, ölüm hökmünə əlavə olaraq, Tatalunun "fahişəliyi təbliğ etmək" üçün 10 il həbs cəzası alması, həmçinin "dövlət əleyhinə təbliğat" yaymaq və "ədəbsiz məzmun" dərc etmək ittihamı irəli sürülüb.
37 yaşlı musiqiçi rep, pop və R&B-ni birləşdirən üslubu, eləcə də çoxsaylı döymələri də daxil olmaqla, parlaq obrazı sayəsində kult fiqura çevrilib. O, 2018-ci ildən Türkiyədə yaşayırdı, lakin İran hakimiyyətinin tələbi ilə 2023-cü ilin dekabrında İrana ekstradisiya edilib. O, İrana verildikdən bəri həbsdədir.
Tatalu dəfələrlə mübahisə mövzusu olub. 2015-ci ildə o, İranın nüvə proqramını dəstəkləyən mahnı buraxıb, 2017-ci ildə isə liberal düşüncəli gəncləri cəlb etmək kampaniyası çərçivəsində ultra-mühafizəkar prezident İbrahim Rəisi ilə görüşüb. Lakin onun işi və təxribat xarakterli davranışı xüsusilə son illərdə İran hakimiyyəti ilə münaqişəyə salıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1317 Tarix: 21 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabr