Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilibYanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov yeni sessiya münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara işlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.

Sonxeber.az xəbər verir ki, komitə sədri, əvvəlcə, 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib, 17 məsələ, o cümlədən "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi, "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, habelə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" və digər qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, ötən sessiya ərzində komitəyə daxil olmuş 134 ərizə və şikayətlə bağlı aidiyyəti ünvanlara müvafiq tədbirlərin görülməsi üçün 150-dən çox məktub göndərilib. Bununla yanaşı, komitənin sədri tərəfindən 175 nəfər, ümumilikdə 516 nəfər vətəndaş qəbul edilib, qaldırılan məsələlərlə əlaqədar lazımi işlər görülüb.
Sessiya dövründə komitənin sədri və üzvləri bir sıra yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edib, görüşlər keçiriblər. Millət vəkilləri, habelə, müxtəlif mövzularda təşkil olunmuş konfranslar, dinləmələr və dəyirmi masalarda müzakirələrə qatılıblar.

Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil edilmiş bir sıra qanun layihələrinə baxılacaq, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil ediləcək. İş planında, habelə, "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda, "Dərman vasitələri haqqında" Qanunun icrasının monitorinqi ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədi təqdim edərək bildirib ki, "Tibbi sığorta haqqında" Qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Belə ki, Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Habelə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə müştərək maliyyələşmə məbləği tətbiq edilən halların göstərildiyi, icbari tibbi sığortanın göndəriş sistemi üzərində qurulduğu və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi qeyd olunub.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə "Tibbi sığorta haqqında" Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Məlahət İbrahimqızı, Müşfiq Məmmədli çıxış ediblər.

Millət vəkilləri 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsinin məhsuldar fəaliyyət göstərdiyini deyiblər, bu müddətdə görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər. Çıxışlarda komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı bir sıra təkliflər verilib və iş planının layihəsi təsdiq edilib.
Deputatlar "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu, sənəddə əks olunan məsələlərin vacibliyini söyləyiblər, bəzi qeydlərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Kamaləddin Qafarov, Anatoliy Rafailov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1428   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr