Pula görə başqasının uşağını bətnində DAŞIMAQ – Azərbaycanda surroqat analıq QADAĞANDIR?

Pula görə başqasının uşağını bətnində DAŞIMAQ – Azərbaycanda surroqat analıq QADAĞANDIR?Qadın sonsuzluğu hazırda dünyanı narahat edən ən ciddi problemlərdən biridir.

Kişilər nəslinin davamçısı, qadınlar isə ana olmaq arzusu ilə bağlı tibbin müxtəlif yollarına baş vururlar.

Özəlliklə çeşidli səbəblərdən reproduktiv orqanlarında yaranan anatomik patologiyalar üzündən onlar bir çox yöntəmlərə əl atırlar. Bu metodlardan biri də son illər dünya ölkələrində geniş yayılan surroqat analıqdır.

Surroqat analıq - başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulmasıdır. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur.

Qeyd edək ki, uşaq sahibi olmağın bu yöntəmi ilk dəfə 1986-cı ildə ABŞ-da tətbiq olunub.

Son illər Azərbaycanda da bu metoda can atanlar var. Sosial şəbəkələrdə, TİK-Tok -da 30 yaşınadək qadınların follekul donoru olması ilə bağlı elanların sayı hər gün artır. Elanlarda qeyd edilir ki, 30 yaşadək qadınlar donor olarsa, 1000 manatadək pul qazana bilər.

Bəs, Azərbaycanda bu məsələ qanunvericilikdə necə əksini tapıb? Ümumiyyətlə, əksər həkimlərin insan istismarı saydığı bu yöntəmin tətbiqi qanunidirmi?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya danışıb. Bildirib ki, bizdə qanunvericilikdə bu anlayış yoxdur:

"Azərbaycan Respublikası bu anlayışı hüquqa qəbul etməyib. Ona görə də bu, birmənalı şəkildə pozuntu hesab olunur və cinayət məsuliyyəti nəzərdə tutulur. Bu qəbildən olan elanlar da qanun pozuntusudur. Bunları görəndə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır ki, araşdırılsın. Bu, gələcəkdə atası məlum olmayan şəxslərin doğulmasına gətirib çıxara bilər. Eyni zamanda gələcəkdə bacı-qardaş evliliyinə səbəb ola bilər ki, bu da ağır fəsadlar ortaya çıxara bilər".

Hüquqşünas bildirib ki, "surroqat ana"lığı Avropanın inkişaf etmiş ölkələrinin çoxu qəbul etməyib:

"Çox az ölkə var ki, bu ifadəyə hüquqi status verib. Onlardan biri də Ukraynadır. İndi Ukraynada bununla bağlı xüsusi müqavilələr var. Bu müqavilələr dövlət tərəfindən təsdiq olunub. Nəzarəti də dövlət özü həyata keçirir. Ukrayna təcrübəsinə görə ata, ana və surroqat ana arasında üçtərəfli müqavilə bağlanır. Bu sənəd və məlumatlar da konfedensial saxlanılır. Surroqat ana həmin müqaviləyə görə maddi vəsaitini alır və üzərinə öhdəlik götürür ki, gələcəkdə uşağa sahiblənmək haqda heç bir iddia qaldıra bilməz. Bu öhdəliyin pozulması Ukrayna qanunvericiliyinə görə, cinayət hesab olunur.

Belə dövlətlərdə hüquq buna insan bədəni kimi yox, hüqüqi əşya kimi yanaşır. Dövlətlər də insan bədəninə mülki münasibətlərdə əşya anlayışı formasında yanaşır. Təxminən futbolçuların transferi məsələsi kimi. Bizdə isə belə məsələlərdə insan faktoru əsas götürülür. Ona görə də Azərbaycanda nə bu termin, nə də onun hüquqi statusu yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1494   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr