Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir

Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilirAzərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sonxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.

Bundan başqa, qanun layihəsi ilə lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması planlaşdırılır. Hazırda lisenziya sahibi tərəfindən ölkə qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir. Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.

Eyni zamanda yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və bu məqsədlə Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla 10-cu maddədə nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Buraya bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması aiddir:

Bundan başqa, sənədlə lisenziya və icazələr haqqında qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, o cümlədən Qanuna yeni anlayışın "lisenziyalaşdırma subyektləri" anlayışının daxil edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması, "Lisenziyalar və icazələr haqqında" Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması müəyyən edilir. Belə ki, Qanunun 27.3-cü maddəsinə əsasən Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunlara və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər (lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişləri) yerinə yetirilmədikdə, nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərməlidir. Bu təqdimatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin 602-1.6-cı maddəsinə əsasən inzibati xəta hesab olunur və cərimə sanksiyası nəzərdə tutulur. Bu maddə nəzarət orqanlarının nəzarət fəaliyyətinin səmərəliyinin daha da güclənməsinə xidmət edəcək.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1287   Tarix: 22 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr