Azərbaycanda qəbiristanlıqda qadınlar arasında kişi üstündə DAVA

Azərbaycanda qəbiristanlıqda qadınlar arasında kişi üstündə DAVAYevlax rayonunda 1990-cı il təvəllüdlü Gülşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Sonxeber.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, "Dəvəçi qəbiristanlığı" adlanan qəbiristanlığın ətrafında baş verib.

Gülşən həmin ərazidən keçən torpaq örtüklü yolda Lətifə ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Gülşən əli ilə Lətifəyə təpə və sol bud nahiyyəsindən qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Gülşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Lətifə ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmayıb:

"Lətifə son bir neçə ildir ki, Yevlax şəhərinə, yaşadığım küçə ilə qonşu olan ünvana köçərək orada yaşayıb. Lətifə Yevlax şəhərinə gələn vaxtdan məni və ailə üzvlərimi narahat edir, kişi cinsindən olan qohumlarım ilə dostluq münasibəti saxlamaq istəyir. Lakin mən buna etiraz edərək, Lətifəyə ailə üzvlərimdən uzaq durması üçün dəfələrlə xəbərdarlıq etmişəm. Lakin Lətifə normal həyat yaşamır, mənim iradlarımdan nəticə çıxarmaq əvəzinə məni qıcıqlandıracaq hərəkətlər edib".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə hadisə günü, saat 18 radələrində bacıları Zəminə və Kəbirə ilə birlikdə yaşadığı küçənin yaxınlığında yerləşən Yevlax şəhəri "Dəvəçi qəbiristanlığı" adlanan qəbristanlığa kətəyə istifadə etmək üçün göyərti yığmağa gediblər:

"Biz kətə göyü yığıb qəbiristanlıqdan çıxarkən Lətifə piyada "Dəvəçi qəbiristanlığının" yanından getdiyini gördüm. Mən normal şəkildə Lətifəyə ailə üzvlərimdən uzaq durmasını bir daha onun nəzərinə çatdırdım. Lakin Lətifə öz-özünə əsəbiləşərək ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Mən isə Lətifəyə etdiyi hərəkətin düzgün olmadığını dedim. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbi halda Lətifəyə yaxınlaşaraq əlim ilə onun baş və ayaq nahiyyələrindən vuraraq ona xəsarət yetirdim. Həmin vaxt orada olan bacılarım Zəminə və Kəbirə bizi aralaşdırdı. Lakin Lətifə ərizə və izahatında qeyd etdiyi kimi onu ağacla vuraraq xəsarət yetirməmişəm. Mən Lətifəyə yalnız əlim ilə vurub xəsarət yetirmişəm. Əvvəllər Lətifə ilə aramızda heç bir münaqişə olmayıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, təqsirləndirilən Gülşən ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmayıb:

"Lakin mənə məlum olmayan səbəblərdən Gülşən harada məni görsə, təhqir edir, şəxsiyyətimi alçaldan ifadələr işlədib. Sonuncu dəfə saat 18 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasından çıxaraq üzü piyada yaşadığım evimə getdim. Yevlax şəhərində yerləşən "Dəvəçi qəbiristanlığı" adlanan qəbiristanlığın yanından keçən yol ilə piyada gedərkən Gülşən, bacıları Zəminə və Kəbirənin qəbiristanlıqdan çıxdıqlarını gördüm. Həmişə olduğu kimi Gülşən məni görən kimi ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Gülşənə etdiyi hərəkətin düzgün olmadığını dedim. Buna görə aramızda mübahisə baş verdi.

Mübahisə zamanı Gülşən mənə yaxınlaşaraq əlində olan ağac budağı ilə baş və ayaq nahiyyələrimdən xəsarət yetirərək məni döydü. Həmin vaxt orada olan Gülşənin bacıları Zəminə və Kəbirə bizi aralaşdırdı. Bundan sonra polis şöbəsinə döyülməyim barədə məlumat verdim".

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Gülşənin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2552   Tarix: 22 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr