TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilibYanvarın 22-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş ikinci iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclisin Səhiyyə komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov qonaqları Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayıb. Sonra komitə sədri, Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına səbir, yaralıların tezliklə sağalmalarını arzulayıb. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İqlim dəyişmələrinin insan sağlamlığına təsirləri barədə ətraflı danışan komitə sədri, yer kürəsində orta temperaturun artması, təbii fəlakətlər, ekstremal hava şəraitləri və ətraf mühitin çirklənməsi nəticəsində yaranan sağlamlıq problemlərinin xüsusilə uşaqlar və yaşlılar üçün risklər yaratdığını vurğulayıb. Türk dövlətlərinin səhiyyə sistemlərinin bu təsirlərə uyğunlaşması, adaptasiya planlarının hazırlanması, tibbi infrastrukturun gücləndirilməsi və tibb işçilərinin hazırlıq səviyyəsinin artırılması vacib məsələ kimi qeyd edilib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ekoloji standartların sərtləşdirilməsi və "yaşıl texnologiyalar"ın tətbiqi əsas prioritetlər adlandırılıb.
Əhliman Əmiraslanov, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını xüsusi qeyd edərək, beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar barədə danışıb. O, ölkəmizin 200-ə yaxın ölkənin iştirakı ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsini və konfrans çərçivəsində əldə olunmuş mühüm nəticələri yüksək qiymətləndirib.

Toplantıda çıxış edən parlament komitələrinin sədrləri - Türkiyədən Vedat Bilgin, Qırğızıstandan Vinera Raimbaçayeva, Qazaxıstandan Güldara Nurimova (videokonfrans formatında), Özbəkistandan Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikasından Filiz Besim iqlim dəyişmələrinin təsirlərinə diqqət çəkərək, Türk dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərinin gücləndirilməsi məqsədilə qanunvericiliyin uyğunlaşdırılması, ortaq tədqiqatların aparılması və strateji planların hazırlanması, həmçinin enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyalara dəstək kimi tədbirlərin həyata keçirilməsini təklif ediblər. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımların atılmasının gələcək nəsillərin sağlamlığı və rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Toplantıda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er məruzə ilə çıxış ediblər. Çıxışlarda iqlim dəyişiklikləri ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və parlamentlərin bu məsələdəki rolu vurğulanıb, yeni model qanun layihələrinin hazırlanması və mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Hüquqi çərçivənin gücləndirilməsinin zərurətindən danışan Adil Vəliyev, bu sahədə milli qanunvericilikdə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

İclasda çıxış edən Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva və Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Ahmet Savaşan mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışçılar iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində bu sahədə həyata keçirilən mübarizə tədbirləri barədə məlumat veriblər, ekoloji maarifləndirmə barədə yeni təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
Beləliklə, iclas iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və "yaşıl texnologiyaların" tətbiqinin vacibliyi vurğulanıb.

İclasda bir sıra təşkilati məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.
TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1352   Tarix: 22 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr