Məşhur iş adamı həbsin bir addımlığında – MƏHKƏMƏ İŞİ

Məşhur iş adamı həbsin bir addımlığında – MƏHKƏMƏ İŞİBakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hazırda prosesdə zərərçəkənlərin yenidən dindirilməsi mərhələsidir.

Sonxeber.az xəbər verir ki, şahidlərin yenidən dindirilməsi məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı və yeni təyin olunmuş hakimin verilmiş ifadələrdən məlumatsız olması ilə əlaqədardır.

Tərkibə yeni hakim təyin edildiyindən məhkəmə istintaqı yenilənib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir. Cinayət işi üzrə əsas müttəhimlərdən biri, Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. Nofəl Hacıyev 2018-2022-ci illər. ərzində "Tərbiz" MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Əldə etdiyi pulları isə "Atlant" Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığı bildirilir. Əvvəlki məhkəmə iclaslarında Nofəl Hacıyev Tahir Qədəşovla arasında şərik münasibətlərinin olması və pulların "Atlant"ın genişləndirilməsinə yönəldildiyini açıqlayıb:

"Təbriz" MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim "Təbriz", "Halal" və "Ruslan" MTK-lardakı payıma düşən pulu verin, bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var. Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, "Atlant" da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları ortaya çıxarın. "Təbriz"in, "Halal"ın pulları "Atlant"dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib". Nofəl Hacıyev məhkəməyə verdiyi ifadəsində "Atlant"ın inkişafı və böyüdülməsi ilə bağlı işlərin daha çox qayınatası Tahir Qədəşovun təşəbbüsüylə aparıldığını bildirib: "Tahir Qədəşov "Atlant"da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, "Atlant"a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, "Atlant"ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam".

O, həmçinin "Təbriz" MTK-da vətəndaşlardan toplanan pulların böyük hissəsinin "Atlant" Ailəvi İstirahət Mərkəzinin inkişafı üçün istifadə edildiyini vurğulayıb. Tahir Qədəşov isə çıxışlarında "Atlant"ın gəlir gətirmədiyini, əksinə, ziyanla işlədiyini bildirərək, bütün gəlirlərin kredit borclarına yönəldildiyini iddia edib. Lakin məhkəmə iclasında məlum olub ki, "Atlant" hər il təqribən 10 milyon manat gəlir əldə edir. Tahir Qədəşov məhkəmədə "Atlant"da illik gəlirin artırılmasına yönəlmiş bir sıra maliyyə əməliyyatları həyata keçirildiyini vurğulayıb. Nofəl Hacıyevin vəkilinin sualına cavab verərkən Tahir Qədəşov "Atlant"da müvəkkilinin 40 faiz payı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Nofəl Hacıyev ildə yalnız iki dəfə "Atlant"a gəlib, əgər o, şərik olsaydı, müntəzəm olaraq bu istirahət mərkəzində daha çox vaxt keçirərdi. Bu vaxtdan sonra zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə, "Atlant"ın təmiri və tikintisi ilə bağlı detala varıblar. Zərərçəkənlərdən biri, Məmmədəli İsmayılov Tahir Qədəşova qarşı sərt ittihamlar irəli sürüb. Məmmədəli İsmayılov Tahir Qədəşovun pulları necə xərclədiyini, "Təbriz" MTK-nın necə idarə olunduğunu sual edib. Tahir Qədəşovun üzünə "Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm" deyə bildirib. Məhkəmə iclaslarında bir neçə vacib məsələ də müzakirə edilib. Məsələn, Nofəl Hacıyev bildirib ki, "Atlant"ın təmiri və inkişafı ilə bağlı sərmayələrin qarşılığında heç bir ödəniş almayıb və yalnız şəxsi münasibətləri ilə işləri həyata keçirib. Məhkəmədə incələnən sənədlərdən bəlli olub ki, "Atlant"ın inkişafına yönəldilən vəsaitlərin böyük hissəsi qeyri-rəsmi şəkildə, yəni "qara mühasibatlıq" vasitəsilə həyata keçirilib. Xatırladaq ki, aparılan istintaqla "Təbriz" MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə "Atlant" İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti "Atlant" İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, "Atlant"ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə "Təbriz" MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. "Atlant" Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. "Atlant" İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Xatırladaq ki, ibtidai istintaq dövründə "Atlant" İstirahət Mərkəzinin üzərinə həbs qoyulub. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Proses fevralın 6-da davam etdiriləcək.Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2577   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr