Dövlət Gömrük Komitəsində şöbə rəislərin maaşı 4 aydır ödənmir
Dövlət Gömrük Komitəsinin idarələrində rəis heyətinin əməkhaqqı bir neçə aydır ki, verilmir.
Sonxeber.az məlumat verir ki, bu barədə AFN.az-a məlumat verən mənbənin sözlərinə görə, artıq 4-cü aydır ki, rəislər əməkhaqqı almırlar. Səbəb kimi onlara komitənin "həddən artıq yüklənməsi" göstərilir:
"Deyirlər ki, vəsaiti COP-a və büdcəyə vermişik. Büdcədən əməkhaqqına ayrılan vəsait necə başqa istiqamətə yönəldilə bilər, anlamaq mümkün deyil. Narazılıq edənə deyirlər get ərizəni yaz, çıx işdən. Kim "bacarıqlıdır" başını saxlasın. Təbii ki, bu halda da rəislər "artilleriya"nı yönəldirlər vətəndaşlara, qeyri-rəsmi ödənişlər tələb edirlər. Beləcə xalq dövlətdən narazı salınır".
Qeyd edək ki, bir gün əvvəl DGK-nın dövlət büdcəsinə borcunun olması barədə məlumat da yayılıb. Bildirilir ki, qanuni təmsilçisi DGK sədri Şahin Bağırov olan komitənin 56 min manat vergi borcu var. Görünən odur ki, DGK həqiqətən maliyyə çətinlikləri ilə üz-üzədir. Bunun əsl səbəbləri haqda növbəti yazıda araşdırmamızı təqdim edəcəyik.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanladığımız sorğu cavablandırılmadı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8376 Tarix: 24 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabr