Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTO

Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTOXəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.

Sonxeber.az "axar.az"a istinadən xəbər verir ki, yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmadığı, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edildiyi, dərman vasitələrinin saxlandığı soyuducularda termometr olmadığı, stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət edilmədiyi, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şərait yaradıldığı (lisenziyası olmadığı halda), müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı, çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğulolma və s. nöqsanlar aşkarlanıb.

Daha bir maraqlı məqam isə yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərovanın AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranışları qeydə alınıb: qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər və müqavimət göstərilib.

Mütəxəssislərin üstünə qışqıran, onları işdən çıxartdıracağı ilə hədələyən "arxalılar" kimlərdir?

Baş həkim Rəna Soltanova uzun müddətdir mediada özünü təbliğ edir. Tərcümeyi-halında bildirilir ki, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil alıb, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirib. İddia edilir ki, "estetik dermatologiyanın sirlərini" məhz Almaniyada öyrənmişdir, "Azərbaycanda "tibbi-estetik kosmetologiya" üzrə beynəlxalq səviyyədə ixtisaslaşan ilk həkimdir".

R.Soltanova 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan Sonra Təhsil Akademiyasında ümumi cərrahiyyə üzrə ordinaturanı bitirib. Türkiyənin "Yüz Plastik Cerrahi Dernegi"nin üzvüdür. "Laser Beauty Estetik Klinikası" MMC-nin mərkəzi ofisinin baş həkimidir.

Bu zəngin avtobioqrafiyaya malik xanımın fotolarını təqdim edirik və hesab edirik ki, avtobioqrafiyasından daha çox, fotoları "danışır".

Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTOYoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTOYoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3029   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr