Şəmkirdə ağır qəza - 5 nəfər öldü -Yenilənib
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı 5 nəfər ölüb.
*
Məlumata görə, "VAZ 2106" markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, "NİVA"nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.
1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
*
Yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Araşdırma nəticəsində iki avtomobilin toqquşduğu müəyyənləşib.
Belə ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks ihərəkətə daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi "Niva" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2106"nın sürücü və həmin avtomobildə olan sərnişinlər - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb.
"VAZ2106"da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3066 Tarix: 25 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr