Bu universitet üçün yeni bina tikilir
Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.
Məlumata görə, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.
Universitet sözügedən işlərin icrasını "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəran Dövlət Universiteti (LDU) üçün 1,9 milyon manat dəyərində yeni baytarlıq klinikasının tikintisi işlərinə başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1277 Tarix: 25 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham İsmayıl vəziyyəti necədir? (AÇIQLAMA)
İlham İsmayıl reanimasiyadan palataya köçürülüb. Bu barədə Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli İlham İsmayılın səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, həkimlər İlham İsmayıla əməliyyat tövsiyyə etməyib:. "Onikibarmaq bağırsaqda qanaxma baş verib. Müayinə zamanı orad
19 yanvarSabah Bakıya qar yağacaq
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə,. Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. Mülayim şima
19 yanvarSeysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib
"Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir". Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərd
18 yanvarMetroda ölən 41 yaşlı Cavidin - Fotosu
Yanvarın 17-si "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub. "Qafqazinfo" xəbər verir ki, həmin gün saat 11:30 radələrində stansiyanın platformasında dünyasını dəyişən şəxsin Cəlilabad rayon sakini 1985-ci il təvəllüdlü Cavid Yaşa
19 yanvarSədərəkdə tarixi görüş: Bakıdan İrəvana qatar xətti açılacaq?
Ermənistan itirdiklərini bərpa etmək üçün Azərbaycanla münasibətlərinə sanki yeni prizmadan baxır. Uzun illər İrəvanla münasibətləri məhdud saxlayan Türkiyənin də mövqeyi bu məqamda diqqət çəkir. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, iyun ayının əvvəlində Ermənistanda seçki keçiriləcək
18 yanvarNazir generalın yerinə onu təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib. O, bunda
19 yanvar