Beynəlxalq Bankın blokladığı kartdan pul oğurlandı - Bank məsuliyyətdən yayınır, ehtiyatlı olun

Beynəlxalq Bankın blokladığı kartdan pul oğurlandı - Bank məsuliyyətdən yayınır, ehtiyatlı olunVətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion "Kapital Bank"dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB). Konkret misal. Deməli, vətəndaş kibercinayətkarların qurbanı olub. Onun ABB Tamkart kredit kartından 10 704.83 manat məbləğində kredit silinib (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəyib. Sənədlərdən də görünür ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinib. Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməyib. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?!

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

"Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva). Bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla..." - Ə.Həsənov qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1312   Tarix: 25 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr