Vahid tələbə kartından narazılıq: "Metro, avtobus üçün endirim yoxdur"
Bir müddət əvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub. Lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edir.
"Metro, avtobus üçün endirim yoxdur. Demək olar ki, tələbə kartından istifadə edə bilmirəm. Endirimlər olacaq deyə verilmişdi, amma olmadı", - Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı tələbə deyib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi kartlar vasitəsilə tələbələrin büdcəsinə qənaət məqsədilə ilk olaraq ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunur.
"Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, tələbələrə verilən kartlar onların sosial vəziyyətinin yaxşılaşmasına öz təsirini göstərir. Ən vacib dəstək yeraltı və yerüstü nəqliyyat vasitələrindən istifadə zamanı tələbələrə edilən güzəştlər olmalıdır. Qardaş ölkə Türkiyədə, Cənubi Koreyada, Sinqapurda tələbələrə bu istiqamətdə güzəştlər edilir", - deyə K.Əsədov bildirib.(oxu.az)
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 826 Tarix: 25 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu - RƏSMİ
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə -a AYNA-dan məlumat verilib. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək
17 yanvarSabah bu yollar BAĞLI OLACAQ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə -a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekt
19 yanvarPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. "Report" xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 20 Yanvar hadisələr
18 yanvarDəm qazı daha bir can aldı
Gədəbəydə qadın dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
19 yanvarMəktəblərdə şənbə günü də dərs keçiriləcək? - VACİB AÇIQLAMA
Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?. Mövzu ilə bağlı -a açıqlama verən təhsil eksperti Ramin Nurəliye
18 yanvar20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş
Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbayca
20 yanvar